XƏBƏRLƏR

"Şagirdlərdə imtahan stressinin aradan qaldırılması yolları" mövzusunda vebinar keçirilmişdir

21.04.2021

20 aprel tarixində Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “Şagirdlərdə imtahan stressinin aradan qaldırılması yolları” mövzusunda vebinar keçirilmişdir. İmtahan stressi, əlamətləri, səbəbləri; imtahanla bağlı mənfi düşüncələr və onların aradan qaldırılması yolları; stressinin ölçülməsi; onu aradan qaldırmağın yolları və s. mövzularını əhatə edən vebinarda 80 nəfərdən çox məktəb psixoloqu iştirak etmişdir. Aktual mövzu olduğu üçün vebinarda psixoloqların maraqla iştirakı müşahidə olunmuş və iştirakçılar vebinar müddətində müxtəlif məsələlərlə bağlı müzakirələr aparmışlar: imtahan stresi ilə bağlı yalnış təsəvvürlər, stressin ölçülməsi üçün istifadə olunan vasitələr, psixoloji işin təşkili və s.

Nəzəri məlumatlarla tanış olduqdan sonra vebinar iştirakçılarına ikinci hissədə imtahan stressinin aradan qaldırılması üçün nəfəs texnikaları, “Zaman maşını”, “Həyat tortu”, “Viziuallaşdırma” kimi müxtəlif texnikalar təqdim olunmuşdur. Eyni zamanda iştirakçılar konkret situasiya tapşırıqları ilə üz-üzə qalaraq “Psixoloq olaraq bu cür şagirdlərlə qarşılaşdıqda nə edərdim?” sualına cavablandırmışlar.

Sonda vebinar iştirakçılarına mövzu ilə bağlı ədəbiyyat siyahıları təqdim olunmuş və bu kitabların mütaliə olunması tövsiyə edilmişdir.