Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə faydalı məlumatlar #3
17.10.2016
Uşaqlar aşağıdakı etiket qaydalarını bilməlidir:
- “sağ ol”, “buyurun” və digər sözlərlə minnətdarlığını ifadə edir;
- nə üçün və necə “üzr istəmək” lazım olduğunu bilir;
- yeri gəldikdə üzr istəyir;
- görüşəndə salamlaşır və vidalaşmaq lazım olduğunu bilir;
- başqalarına fikir söyləməyə imkan verir;
- danışanın sözünü kəsməyərək fikrinin sonunu gözləyir;
- öz köməyini təklif etməyi bacarır;
- başqalarına hörmətin özünəhörmətə gətirib çıxaracağını bilir;
- başqalarına qayğının özünəqayğıya gətirib çıxaracağını bilir;
- masada yaxşı davranış nümayiş etdirir:
- yeməyə, onu hazırlayana və masa ətrafında əyləşənlərə hörmət ifadə edir;
- öz mənafeyi üçün başqalarını incitməyin doğru olmadığını bilir;
- hədiyyə vermək və almaq qaydalarını bilir (dostu yaxud qohumu üçün sərbəst hədiyyə seçir).
Uşaqlar aşağıdakı ümumbəşəri dəyərlərə sahib olduğunu nümayiş etdirə bilməlidir:
- mənşəyindən, davranışından, irqindən və s. asılı olmayaraq hamını qəbul edir, qarşılıqlı münasibəti hiss edir;
- başqa ölkələrin, xalqların, onların adət-ənənələrinin öyrənmə marağının təmin olunmasına dəstəyi hiss edir;
- maraqlarını ifadə edir, cəmiyyətdə mövqeyini müəyyən edir, informasiyanın verilməsində ehtiyatlı olmaq haqqında qaydaları bilir.
Mənbə : Folker Ssenenin “Uşaqlar nəyi bilməlidir” kitabı.