Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə faydalı məlumatlar #2
10.10.2016
Uşaqların inkişaf üçün aşağıdakı zəruri şəraitlər təmin edilməlidir:
- uşaqlar fəaliyyət üçün stimullaşdırılır;
- uşaq gündə 1000 sual verir;
- gündə minimum 500 cavab alır;
- sualları böyüklər tərəfindən müsbət dəyərləndirilir;
- dünyanın rasional olduğu, heç nəyin məqsədsiz yaranmadığı ona izah olunur;
- biliyə marağın emosional sağlamlıq forması olduğu izah edilir;
- ləyaqətinin cəmiyyətdə etiraf edilməsi özünü doğrultmasına kömək edir;
- sağlam marağına məhdudiyyət qoyulmayacağına güvənir.
Uşaqların aşağıdakı zəruri tələbləri ödənilməlidir:
- uşaqların valideynləri ilə ünsiyyəti təmin edilir;
- digər böyüklərlə (yaxın qohumlar, müəllimlər, sosial əhatə subyektləri) ünsiyyəti təmin edilir;
- başqa ailələrdə nahar edir;
- başqa ailələrdə gecələyir;
- hər bir ailənin öz adətləri (salamlaşma, zarafatlar, ailəyə məxsus sözlər, dualar və s.) olduğunu bilir;
- yeri gəldikdə başqaları üçün nümunə göstərir;
- yeri gəldikdə başqa uşaqlar ona nümunə göstərir;
- inciyəndə küsür və barışır;
- bəzi böyüklərin davranışını təkrar etməyi bacarır və hətta zəruri olduğunu anlayır;
- yeri gəldikdə hərəkətlərinə böyüklərin müsbət reaksiyasını kənardan görür;
- yeri gəldikdə öz ailəsinə yeni davranış tərzi gətirir.
Mənbə : Folker Ssenenin “Uşaqlar nəyi bilməlidir” kitabı.