Məktəbəhazırlıq qruplarında dərs deyən müəllimlərə faydalı məlumatlar #1
03.10.2016
5 yaşlı uşaq müstəqil olaraq aşağıdakıları bacarmalıdır :
- sərbəst soyunub-geyinir (düymələri, yapışqan ilgəkləri bağlamağı bacarmaqla);
- ayaqqabı bağlarına düyün vurur;
- tualetdən müstəqil istifadə edir;
- əllərini sərbəst yuyur;
- ağız və burnunu dəsmalla silir;
- zibil qutularından istifadə qaydalarını bilir;
- sağ və solu fərqləndirir;
- 10 həddində sadə riyazi əməliyyatları (toplama və çıxma) yerinə yetirmək üçün barmaqlarından istifadə edir;
- ev ünvanını bilir;
- valideynlərinin adını bilir;
- öz yaşını bilir;
- mağazadan xırda əşyaları sərbəst alır;
- kağız pulları və qəpikləri tanıyır;
- “mülkiyyət” anlayışının mənasını bilir;
- su kranını açıb-bağlayır;
- stəkana maye tökür;
- təhlükəli əşyalar, elektrik cihazları, bıçaq, çəngəl, qayçı, yuyucu vasitələrdən istifadə qaydalarını bilir;
- özünə buterbrod hazırlayır;
- zərurət qarşısında şəxsi mənafeyindən əl çəkməyi bacarır;
- münaqişəli vəziyyətlərdən çıxış yolu tapır;
- tənqidi qəbul edir;
- tək qala bilir, sərbəst yuxuya gedir və bütün gecəni oyanmadan yatır;
- maneə və çətnliklərə baxmadan biliklərin əldə edilməsində iradə nümayiş etdirir.
Mənbə : Folker Ssenenin “Uşaqlar nəyi bilməlidir” kitabı.