XƏBƏRLƏR

İngilis dili müəllimləri üçün növbəti təlimlər keçirilib

09.02.2017

TİPİİ və Britaniya Şurası (British Council) təşkilatının birgə əməkdaşlığı ilə yaradılan ingilis dili müəlimləri üçün təlim və resurs mərkəzində ingilis dili müəllimləri üçün nəzərdə tutulan təlim və seminarlar davam edir.

Fevralın 8 və 9-da mərkəzimizdə  "Dərsliyə əlavə vəsaitlərdən istifadə və öyrənmənin ölçülməsi" və "Şagirdlərin ehtiyacı və dərs planlaması" mövzusunda  Binəqədi və Nəsimi rayon məktəblərinin ibtidai siniflərində dərs deyən iki müxtəlif qrupda ingilis dili müəllimləri üçün təlim keçirilmişdir.

Təlimçi Julietta Schoenmann tərəfindən aparılan təlimlər zamanı iştirakçılar əlavə dərs vəsaitlərinin dərs prosesinə tətbiqi, şagird ehtiyaclarının müəyyənləşdirilməsi, dərs prosesinin planlaşdırılması və digər mövzular haqqında ətraflı məlumat əldə etdilər. Eyni zamanda təlimçinin verdiyi praktik çalışmalarla öyrəndiklərini möhkəmləndirdilər. 

FOTO