XƏBƏRLƏR

"SABİS Sun" Beynəlxalq Məktəbinə səfər

23.01.2017

Yanvarın 23-də "Direktorlar klubu"nun 16 nəfər üzvü "SABİS Sun" Beynəlxalq Məktəbində təlim səfərində olmuşdur. Səfərin məqsədi 130 illik təcrübəsi olan beynəlxalq təhsil brendinin fəaliyyəti ilə yaxından tanış olmaq, fərqli yanaşmaların təhsilin keyfiyyətinə göstərdiyi təsiri öyrənmək idi. Məktəbin binası, məktəb idarəetməsi və şagird nailiyyətlərinin izlənilməsi mexanizmi ilə tanış olduqdan sonra direktorlar onları maraqlandıran suallara cavab aldılar. 

Məktəb rəhbərlərinin Bakıda fəaliyyət göstərən digər beynəlxalq və özəl məktəblərin iş təcrübəsi ilə tanış edilməsi təcrübəsi  davam etdiriləcəkdir. 

FOTO