XƏBƏRLƏR

"İxtisasartırma proqramlarının məzmunu və qiymətləndirilməsi" mövzusunda seminar keçirilib

10.08.2021

Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən 10 avqust 2021-ci il tarixində“İxtisasartırma proqramlarının məzmunu və qiymətləndirilməsi” mövzusunda seminar keçirilib. Seminar Əlavə Təhsil Mərkəzlərinin peşəkar inkişafına dəstək məqsədi ilə təşkil olunub. Əlavə Təhsil Mərkəzlərinin nümayəndələri iştirak etdiyi seminar Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri Könül Nəhmətova tərəfindən aparılıb.

Seminar zamanı iştirakçılar “Məktəbəqədər, ümumi, ilk peşə-ixtisas və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrları üçün ixtisasartırma təhsilinin kurikulum çərçivəsi”ni müzakirə ediblər. Eyni zamanda proqramın hazırlanmasına verilən tələblər, oxu materiallarının və qiymətləndirmə vasitələrinin hazırlanması prinsipləri təhlil olunub. Daha sonra iştirakçılarla mövzu əsasında müzakirələr edilib.