XƏBƏRLƏR

Müəllimlər üçün yay məktəbi – növbəti seminar

05.07.2021

4 iyul tarixində müəllimlər üçün təşkil olunan yay məktəbinin növbəti seminarı keçirilib. Riyaziyyat və ibtidai sinif müəllimləri üçün təşkil olunan seminarın mövzusu "Fəza həndəsəsi: fəza fiqurları və müstəvinin tənliyi" olmuşdur.

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən keçirilən seminara moderatorluğu 271 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nailə Abbasova etmişdir. Riyaziyyatla tarix fənni arasında inteqrasiya quran Nailə Abbasova işğaldan azad olunmuş torpaqlarda vandalizmə məruz qalmış məscidlərimizin, qədim tarixi abidələrimizin inşasında riyazi arnamentlərdən istifadə məsələsinə toxunmuşdur. Eyni zamanda seminarda fəzada nöqtənin koordinatlarla təsviri və müstəvinin tənliyinin aerokosmanavtika, hərbi sənayedə tətbiqindən danışıldı, real həyatla bağlı bəzi fəza fiqurlarına aid məsələlərin daha qısa həll yolları araşdırıldı.

Sonda iştirakçılar ‘Topla oyun’ üsulu ilə seminar zamanı öyrəndikləri üzərində refleksiya etdilər.