XƏBƏRLƏR

İngilis dili müəllimləri üçün növbəti danışıq klubu keçirilmişdir

06.01.2017

TİPİİ və Britaniya Şurası (British Council) təşkilatının birgə əməkdaşlığı ilə yaradılan ingilis dili müəlimləri üçün təlim və resurs mərkəzində ingilis dili müəllimləri üçün yeni təqvim ilinin ilk tədbiri keçirilmişdir.

Danışıq klubunun bu dəfəki qonaq spikerləri "Fulbright" proqramı ilə ölkəmizdə olan James Millar və Kevin Ith  idi. Mütəxəsislər müəllimlərlə onları maraqlandıran mövzular ətrafında ingilis dilində müzakirələr aparıb sonda onları maraqlandıran sualları cavablandırdılar.

Xatırladaq ki, ingilis dili müəllimlərinin ehtiyacları əsasında təşkil edilən bu cür tədbirlər həftədə 2 dəfə təşkil edilir. Ötən ay ingilis dili müəllimləri üçün oxuma bacarıqları, öyrənmə bacarıqları və strategiya mövzularında dəvət olunmuş yerli və xarici mütəxəssislər tərəfindən seminar və məşğələlər keçirilmişdir.

Bu layihə çərçivəsində ingilis dili müəllimləri üçün növbəti təlim 11 yanvar saat 12:00-da və 14:30-da TİPİİ-də keçiriləcəkdir.

FOTO