XƏBƏRLƏR

"Psixoloqlar üçün: Emosional intellekt" - vebinar

05.08.2020

Avqust ayının 5-də TİPİM-in təşəbbüsü ilə psixoloqlar üçün vebinar keçirilib. “Məktəb psixoloqu” layihəsi çərçivəsində keçirilən vebinar bu sahənin mütəxəssisləri üçün vacib sayılan “Emosional intellekt” mövzusunda idi.

Ümumtəhsil müəssisələrində psixoloq vəzifəsində çalışan şəxslərin iştirak etdiyi vebinarda hisslərdən, onların idarə edilməsi üsulları, empatiya, şagirdlərdə emosional zəkanı inkişafetdirmə texnikalarından bəhs olundu.  Moderator Aynur Rəhimova iştirakçılara praktik olaraq EQ-nün inkişaf etdirilməsi üçün dünya təcrübəsində istifadə olunan üsullardan, “Marşmallov” ekspermentindən, empatiya ilə simpatiya və həssaslıq arasındakı fərqlərdən danışdı.

Sonda iştirakçılar vebinar və mövzu ilə bağlı öz təəssüratlarını həmkarları ilə bölüşdülər. Məlumat üçün qeyd edək ki, müraciət çox olduğundan 6 avqust tarixində növbəti qrup üçün yenidən eyni mövzuda vebinar təşkil olunacaqdır.