XƏBƏRLƏR

"Əməli yazı növünün tədrisi metodikası: Tərcümeyi-hal" mövzusunda vebinar

20.07.2020

20 iyulda TİPİM tərəfindən Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün vebinar təşkil olunmuşdur. “Əməli yazı növünün tədrisi metodikası: Tərcümeyi-hal” mövzusunda keçirilən vebinarda 80-dən artıq fənn müəllimi iştirak etmişdir.

90 dəqiqəni əhatə edən vebinar iştirakçılar üçün əməli yazı növlərindən olan tərcümeyi-halın müxtəlif rakurslardan təhlili ilə yaddaqalan oldu. Belə ki, vebinar zamanı “tərcümeyi-hal”, “bioqrafik mətn” və “memuar” kimi bir-birinə yaxın olan anlayışlar arasındakı incə fərqlər aydınlaşdırıldı. Eyni zamanda konkret nümunələr əsasında tərcümeyi-halın tədrisi zamanı istifadə olunacaq üsullar göstərildi, fənlərarası inteqrasiya məsələlərinə toxunuldu. Vebinarda müəllimlər təlim məqsədlərinə uyğun olaraq mənbələrlə iş və məlumat toplamaqla bağlı təcrübələrini, istifadə etdiyi üsulları həmkarları ilə bölüşdülər.

Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırıldı. İştirakçıların da istəyinə uyğun olaraq, inanırıq ki, bu vebinar əməli yazı növünün tədrisi mövzusunda silsilə vebinarların başlanğıcı olacaq.