XƏBƏRLƏR

"Riyaziyyat fənninin tədrisi metodikası" mövzusunda distant təlim

15.07.2020

14 iyulda Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən “Riyaziyyat fənninin tədrisi metodikası” mövzusunda təlimlərə başlanılıb. 36 akademik saatı əhatə edən proqram çərçivəsində təlimlər MS Teams proqramı üzərindən, distant formada həyata keçirilir.

Ümumi orta təhsil səviyyəsində riyaziyyat fənnini tədris edən müəllimlərin iştirak etdiyi proqramın əsas məqsədi riyaziyyat dərslərində şagirdləri düşündürə bilməyin, onların məntiqi təfəkkürünü inkişaf etdirməyin forma və üsullarını aydınlaşdırmaq, riyaziyyat dərslərini daha əyləncəli etmək üçün strategiyalar hazırlamaqdan ibarətdir.

Təlim zamanı iştirakçılar, həmçinin şagirdlərin riyazi bilik və bacarıqlarının qiymətləndirməyin, istedadlı şagirdlərlə işin təşkilinin, onlarda uzunmüddətli motivasiya və özünəinam hislərini formalaşdırmağın yolları ilə də tanış olacaqlar.

“Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən kadrların potensialının gecləndirilməsi” xarakteri daşıyan təlimlərin həftədə 3 dəfə keçirilməsi planlaşdırılır.