XƏBƏRLƏR

"İdarəedənlərin peşəkar inkişaf istiqamətləri" mövzusunda vebinar

04.07.2020

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin idarəetmə heyəti üçün “İdarəedənlərin peşəkar inkişaf istiqamətləri” mövzusunda vebinar keçirilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin təşkil etdiyi vebinarda idarəçinin intellektual, xarakter və sosial xüsusiyyətləri, eləcə də idarəetmə bacarıqları ilə bağlı yanaşmalar haqda danışılıb. Təhsildə liderlik, qərar qəbulu prosesi və onların təhsil müəssisəsinin strateji planlaşdırmasına təsirləri müzakirə edilib.

Proqram Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin həyata keçirdiyi Azərbaycanda peşə təhsili sisteminin müasirləşdirilməsi layihələri çərçivəsində hazırlanıb.