XƏBƏRLƏR

Ali təhsil müəssisələri müəllimlərinin "Serifikat müdafiəsi" baş tutmuşdur

26.12.2016

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində 3-17 dekabr tarixlərində keçirilən “İnnovativ təlim metodologiyası və müvafiq resursların hazırlanması” seminarları keçirilmişdir. Seminarlarda uğurla iştirak edən müdavimlərinin "Sertifikat müdafiəsi" dekabrın 26-da TİPİİ-də keçirilmişdir. 

Üç günlük seminarları uğurla başa vuran müdavimlər onlara verilən fərdi sualları cavablandıraraq sertifikatla mükafatlandırıldılar. Sertifikatları müdavimlərə TİPİİ-nin direktor vəzifələrini icra edən Vəfa Yaqublu, direktor müavini Nəzakət Mehdiyeva, şöbə müdirləri Könül Nehmətova, Aqil Həsənov və mətbuat katibi Tofiq Sadıxov təqdim etmişdir.

Seminardan olan foto hesabatla tanış ola bilərsiniz.

FOTO