XƏBƏRLƏR

"Məktəblərdə ümumbəşəri və humanizm dəyərlərin aşılanması" mövzusunda vebinar

29.04.2020

Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin təşəbbüsü ilə 29 aprel tarixində Azərbaycan dili və ədəbiyyat, rus dili fənnini tədris edən müəllimlər üçün “Məktəblərdə ümumbəşəri və humanizm dəyərlərin aşılanması" mövzusunda vebinar keçirilib. TİPİM-in Keyfiyyətin təminatı şöbəsinin müdiri Elçin Sərdarovun moderatorluğu ilə baş tutan vebinarın məqsədi dərslərdə humanist və mənəvi-əxlaqi dəyərlərin aşılanmasında bu mövzularda kitablardan və şərq ədəbiyyatından istifadəni müzakirə etmək, müəllimlərin bu mövzuda məlumatlılıq səviyyəsinin artırmaq idi.

Vebinarda iştirak edən müəllimlərə mövzunun aktuallığı, humanizm və onunla bağlı çağırışlar, humanizm paradiqması, təhsilin humanistləşdirilməsi, qlobal vətəndaşlıq və humanizm barədə məlumat verilib.

Vebinar zamanı iştirakçılar humanizmlə bağlı Siseron, Petrark, Platondan əlavə, şərqin Əl Fərabi, İnb Sina, İbn Ruşt, Konfutsiy, Nizami Gəncəvi, Tolstoy kimi filosof və mütəfikkirlərinin müdrik ifadələri və nəzəri baxışları ilə tanış oldublar. Eyni zamanda müəllimlərə qeyd olunan mövzuda slayd və videolar təqdim olunub, onlardan dərslərdə istifadə qaydaları ilə bağlı təlimatlar verilib.

Qeyd edək ki, vebinarda ümumilikdə 50 müəllim iştirak edib və bu cür vebinarların ardıcıl təşkil olunması nəzərdə tutulub.