XƏBƏRLƏR

"İnnovativ təlim metodologiyası və müvafiq resursların hazırlanması" seminarlarına yekun vurulub.

17.12.2016

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində 3-17 dekabr tarixlərində təhsil işçiləri üçün keçirdiyi “İnnovativ təlim metodologiyası və müvafiq resursların hazırlanması” seminarlarına yekun vurulub. Üç həftə davam edən ardıcıl seminarlar ali təhsil müssisələrinin professor-müəllim heyəti üçün nəzərdə tutulmuşdu.

Sonuncu seminar dekabrın 17-da  TİPİİ-də baş tutdu. Bugün TİPİİ-nin Mətbuat Katibi Tofiq Sadıxov ali təhsil müəssisələrinin professor-müəllim heyətinə tədris etdikləri fənnlərə müvafiq elektron resursların hazırlanması mövzusunda praktik təlim-məşğələ keçdi. Müdavimlər elektron formada rəy sorğularının hazırlanmasını, hər hansı bir məlumatın elektron forrmada müasir innovativ texnologiyalardan istifadə etməklə tələbələrə ötürülməsini, video montaj proqramında video materiallar üzərində redaktə işi aparmağı öyrəndilər. 

Seminarın rəsmi bağlanışı dekabrın 26-na planlaşdırılır. Həmin gün fərqlənən müdavimlər sertifikatla təltif olunacaqlar.

FOTO