XƏBƏRLƏR

Yardımlı rayonunun məktəb psixoloqları üçün seminar

23.11.2019

Noyabr ayının 23-də Yardımlı rayonunda fəaliyyət göstərən məktəb psixoloqları üçün seminar təşkil edilmişdir. Seminarda "Mandala metodikası ilə stresin aradan qaldırılması" mövzusu işıqlandırılmışdır.

Məlumdur ki, məktəbdə sağlam emosional mühitin yaradılmasında məktəb rəhbərləri qədər psixoloqlar da məsuliyyət daşıyır. Onların  "repertuarında" nə qədər çox iş üsulu olarsa, müxtəlif situasiyaları idarə etmək bir o qədər asan olar. Seminar iştirakçıları nəzəri məlumat almaqla yanaşı öyrəndiklərini təcrübədə sınaqdan keçirmişlər.   

Məktəb psixoloqları həm də onları maraqlandıran digər sualları müzakirəyə çıxarmış, moderatorun və bir-birlərinin rəylərini öyrənmişdir. Hazırda Yardımlı rayonunun məktəblərində işləyən 18 nəfər psixoloqdan 14 nəfəri seminarda iştirak etmişdir. 

Analoji seminarlar digər regionlarda da təşkil ediləcəkdir.