XƏBƏRLƏR

MİQ müsabiqəsinin imtahan mərhələsinin apellyasiya müraciətləri ilə bağlı

07.08.2019

Müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş bəzi sualların məzmunu ilə bağlı əsaslandırılmış apellyasiya müraciəti verən 404 nəfər 5 avqust 2019-cu il tarixində müraciətin baxılması üçün Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən təşkil edilmiş mərkəzlərə dəvət edilmişdirlər. Dəvət olunanlardan yalnız 146 nəfər apellyasiya baxışında iştirak etmiş və onlara fənn ekspertləri tərəfindən suallarla bağlı müvafiq izahatlar verilmişdir. Apellyasiya baxışında iştirak etmiş namizədlərin 92%-i verilmiş izahatlar ilə razılaşmışdır.