XƏBƏRLƏR

Müəllimlərin işə qəbulu imtahanı ilə bağlı

27.07.2019

Hörmətli izləyicilər,

Bildirildiyi kimi, 8-24 iyul 2019-cu il tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsinin bəzi sessiyalarında istifadə edilmiş bir neçə sualda texniki qüsur aşkar edilmişdir. Həmin sualları qısa izahla birlikdə diqqətinizə təqdim edirik. Əgər namizəd imtahan zamanı bu suallara səhv cavab vermiş və ya ümumiyyətlə cavab verməmişdirsə, həmin namizədin ümumi balına 1 bal əlavə edilmişdir.

Fənn: Fizika (Azərbaycan bölməsi)

 

İzah: Sualın cavabı orta məktəb dərsliklərində verilmiş düstura əsasən hesablanarsa, cavab E variantıdır. Lakin oksigen 2 atomlu qaz olduğu üçün, onun daxili enerjisi dərsliklərdə verilən bir atomlu qazların daxili enerjisinin hesablanması düsturuna əsasən aparıla bilməz. Sualın qoyuluşu yanlışdır.

İzah: Sualın düzgün cavabı - φ, 2E. Variantlar arasında düzgün cavab verilməmişdir.

 

İzah: Sualın şərti aydın ifadə edilməmişdir.