XƏBƏRLƏR

Riyaziyyat müəllimləri "Refleksiv müəllim" seminarında

25.04.2019

25 aprel tarixində keçirilən “Refleksiv müəllim” seminarının budəfəki iştirakçıları riyaziyyat müəllimləri idi. “Üstlü funksiyalar” mövzusunda dərs icmalının müzakirəyə çıxarıldığı seminarda müəllimlər əvvəlcə dərsin mərhələləri, gedişatı ilə tanış oldular.

Məktəb-Lisey Kompleksinin riyaziyyat müəllimi Faiq Əliyevin təqdim etdiyi fəal dərs müəllimlər arasında “Bu mövzunu 45 dəqiqəyə sığışdırmaq olardımı?”, “Riyaziyyat dərslərində şagirdlər qruplarla və ya cütlərlə işləyərkən onlara hansı növ tapşırıqlar verilməlidir?”, “Qurulan dərs fokus nöqtəsinə - əsas məqədə nə dərəcədə xidmət edirdi?” və s. kimi sualların yaranmasına səbəb oldu. Daha sonra onlar öz təcrübələri əsasında təkliflər verərək “Üstün funksiyalar” dərsini daha təkmil formada hazırlamağa çalışdılar.