XƏBƏRLƏR

"Təbiət fənlərinin tədqiqata əsaslanan tədrisi" mövzusunda seminar

27.02.2019

Bu gün TİPİİ-də orta məktəblərdə təbiət fənlərini tədris edən bir qrup müəllimin iştirakı ilə “Təbiət fənlərinin tədqiqata əsaslanan tədrisi” mövzusunda seminar keçirilmişdir. Kimya, fizika, biologiya və coğrafiya müəllimlərinin toplandığı seminarın məqsədi təbiət fənlərinin tədqiqat əsasında tədrisi üçün nümənələr hazırlamaqdır.

Müzakirələr zamanı müəllimlər bu mövzuda öz təcrübə və ideyalarını həmkarları ilə bölüşdülər, həmçinin həmin fənlərin beynəlxalq təcrübədə tədrisi ilə bağlı video-materiallar izləndi və fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, müəllimlərin müəyyən vaxt ərzində hazırladıqları nümunələr təcrübədən keçirildikdən, üzərində müzakirələr aparıldıqdan sonra həmin nümunələr əsasında ixtisasartırma proqramı hazırlanacaq və müəllimlərə asan əldə olunan resursların köməyi ilə bu cür dərsləri təşkil etməyin yolları öyrədiləcəkdir.