XƏBƏRLƏR

"Direktorlar klubu"nun 3-cü görüşü keçirilib

29.11.2016

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb rəhbərlərinin davamlı peşəkar inkişafını təmin etmək məqsədilə yeni bir layihəyə start verib. "Direktorlar klubu" adlanan layihə məktəb direktorlarına yeni məlumatların çatdırılması, peşəkar məsləhətlərn verilməsi, təlim və seminarların keçirilməsi, ölkədə və dünyadakı qabaqcıl təcrübənin öyrənilməsi və ötürülməsi məqsədi daşıyır. Bu məqsədlə hər ayın sonunda TİPİİ-də Bakı şəhərində fəaliyyət göstərən və yeni təyinat almış məktəb direktorların görüşü təşkil edilir. 

"Direktorlar klubu"nun növbəti görüşü noyabrın 29-da keçirildi. Bu dəfəki görüşdə Binəqədi rayon 126 nömrəli məktəbin direktoru Şəmsi Qocayev yeni təyin olunmuş direktorlara "Pedaqoji şura", onun mahiyyəti, keçirilmə qaydaları, səlahiyyətləri və statusu haqqında geniş məlumat verdi. İnteraktiv şəkildə keçən görüşdə direktorlar onları maraqlandıran digər sualları da Şəmsi müəllimə ünvanlayaraq ətraflı cavablar ala bildilər.

"Direktorlar klubu"nun növbəti görüşü dekabr ayının sonunda keçiriləcək.

FOTO