XƏBƏRLƏR

Zaqatalada "Yazı işinin təşkili metodikası" mövzusunda ixtisasartırma təlimi keçirilmişdir

22.10.2018

“Dilimizi sevək, sevdirək!” layihəsi çərçivəsində Qax rayonunda keçirilən təlimlərin davamı kimi Zaqatalada da bir qrup müəllim «Yazı işinin təşkili metodikası” mövzusunda ixtisasartırma təliminə cəlb olunub. 36 akademik saatlıq təlim proqramı əsasında müəllimlər “Niyə və nəyi yazmağı bacarmalıyıq?”, “Yaradıcı yazı  növləri”, “Üslubiyyat məsələləri”, “Esse yazırıq; səmərəli üsulların tətbiqi”, “Rəsmi-kargüzarlıq üslubu və əməli yazının növləri” “Əməli yazının qiymətləndirilməsi” və s. mövzularla bağlı biliklərini artırmış, xüsusilə “Esse” yazı növü ilə bağlı yeni və faydalı məlumatlarla tanış olmuşlar.

Xatırladaq ki, layihənin keçirilməsində əsas məqsəd azsaylı xalqların daha çox məskunlaşdığı kənd məktəblərində Azərbaycan dilini tədris edən müəllimləri «Yazı işinin təşkili metodikası” təlimlərinə cəlb etmək və onların bu istiqamətdə bilik və bacarıqlarını artırmaqdan ibarət idi. Növbəti mərhələdə isə hər iki təlimdə (Qax və Zaqatala rayonlarında keçirilən təlimlərdə) iştirak edən 52 müəllimin TİPİİ tərəfindən yekun qiymətləndirilməsi və sertifikatlarının təqdim olunması planlaşdırılır.