XƏBƏRLƏR

"Dünyanın ən böyük dərsi" seminarları Xaçmaz məktəblərində

29.09.2018

Sentyabr ayının 27 və 28-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun əməkdaşları IDEA İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə Xaçmaz rayon Köynə Xaçmaz kənd tam orta məktəbində müəllimlər üçün "Dünyanın ən böyük dərslərinin” tədrisi metodikası üzrə seminar keçirmişdir. Seminarda həmin məktəbin müəllimləri ilə birgə Xaçmaz rayon 1, 2, 5, 6, 9 nömrəli tam orta məktəblərin, 8 nömrəli məktəb-liseyin, Gəncəli kənd ümumi orta məktəbin, Ağtala kənd ümumi orta məktəbin və Qusarçay tam orta məktəbin müəllimləri iştirak etdilər.

Növbəti addım seminarda öyrənilənlərin şagirdlərlə çatdırılmasıdır. 

"Dünyanın ən böyük dərsi" dünyanı yalnız birlikdə xilas edə biləcəyimizə inanmaq və fəaliyyətə başlamaqdır.