XƏBƏRLƏR

TİPİİ-nin tələbə-könüllülərə təşəkkürü

28.08.2018

Müəllimlərin işə qəbulu müsabiqənin test imtahanı mərhələsinin təşkilati işlərində göstərdikləri könüllü fəaliyyətə görə bir qrup tələbə-könüllü bu gün TİPİİ-də Təşəkkürnamə ilə təltif olunub. TİPİİ-nin direktor müavini Fəxri Qurbanov tədbirdə çıxış edərək müsabiqədə göstərdikləri könüllü  dəstəyə və peşəkar fəaliyyətə görə tələbələrə TİPİİ adından təşəkkürünü bildirib. 96 nəfər tələbə-könüllüyə Təşəkkürnamə  təqdim edilib.

Qeyd edək ki, bu gənclər müsabiqə zamanı namizədlərin məlumatlandırılması, yönləndirilməsi, həmçinin imtahan prosesində nəzarətçi funksiyasını öz üzərlərinə götürmüşdülər.