XƏBƏRLƏR

"Azərbaycanda təhsil işçilərinin ixtisasartırma təhsilinin yeni modeli" mövzusunda təqdimat keçirilmişdir

24.11.2016

Bugün Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda  "Azərbaycanda təhsil işçilərinin ixtisasartırma təhsilinin yeni modeli" mövzusunda təqdimat keçirildi. İnstitutun direktor əvəzi Vəfa Yaqublu növbəti təqvim ilində tenderə çıxarılacaq ixtisasartırma proqramları, onların məzmununa və formasına verilən tələblər, ixtisasartırma proqramlarını bitirmiş müdavimlərin  yeni qiymətləndirmə və sertifikasiya sistemi barədə iştirakçılara geniş informasiya verdi. Təqdimatın sonunda  əlavə təhsilin təşkili ilə bağlı ali və əlavə təhsil müəssisələrinin nümayəndlərini maraqlandıran suallar cavablandırıldı.

Bu cür təqdimatların məqsədi ehtiyaclar barədə ali və əlavə təhsil müəssisələrini vaxtında məlumatlandırmaqla keyfiyyətli təlim paketləri və təlimçi mütəxəssislərin hazırlanmasına dəstək olmaqdır.

Təqdimatın şəkillərinə buradan baxa bilərsiniz.