XƏBƏRLƏR

TİPİİ-nin bir qrup əməkdaşı "18 May – Beynəlxalq Muzeylər Günü"ndə Azərbaycan Xalça Muzeyində və İstiqlal Muzeyində oldu

18.05.2018

Bu gün “18 May – Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun bir qrup əməkdaşı Azərbaycan Xalça Muzeyində və İstiqlal Muzeyində oldular. Muzeydə Azərbaycan xalçaçılıq sənəti haqqında geniş məlumat verildi, əməkdaşlarımız qədim Azərbaycan xalçaları və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiyalarla tanış edildilər.

Daha sonra əməkdaşlarımız tərəfindən Azərbaycanın azadlıq və istiqlaliyyətinə aid sənəd və materialların, tarixi və maddi-mədəniyyət nümunələrinin nümayiş olunduğu Azərbaycan İstiqlal Muzeyi ziyarət edildi.

Mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən bu mədəniyyət ocaqlarından hər kəs məmnun təəssüratlarla ayrıldı.