XƏBƏRLƏR

TİPİİ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Ağacəkmə aksiyası" keçirildi

10.05.2018

Bu gün TİPİİ-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş, Respublika səviyyəsində keçirilən “Ağacəkmə aksiyası”na dəstək məqsədi ilə iməclik keçirildi. İməclikdə İnstitutun həyətində güllər və ağaclar əkildi, bu cür tədbirlərin keçirilməsinin artıq ənənəyə çevrildiyi və ətraf mühitin mühafizəsinin, ekoloji vəziyyətin yaxşılaşdırılmasının əhəmiyyəti vurğulandı. Ekoloji mühitin mühafizəsinə, yeni yaşıllıq sahələrinin salınmasına xidmət edən bu gözəl ənənənin səbəbkarı, cənab Heydər Əliyev hörmət və sevgi ilə yad edildi.