XƏBƏRLƏR

"Alqoritmika - proqramlaşdırmanın tədrisi metodikası" mövzusunda ixtisasartırma təlimləri başa çatıb.

25.04.2018

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun keçirdiyi “Alqoritmika layihəsi” üzrə təlimlərdə Bakı şəhərində yerləşən məktəblərin ümumilikdə 200 nəfər informatika müəllimi iştirak etmişdir. 42 akademik saatı əhatə edən ixtisasartırma təlimində müəllimlər Scratch proqramlaşdırma dilindən istifadə bacarıqlarına yiyələnmiş və bu proqramlaşdırma dilinin tədrisi metodikasını öyrənmişlər. Layihənin sonunda müəllimlər proqramlaşdırma mühitində müxtəlif layihələr hazırlamışlar. Müəllimlərin hazırladığı bu layihələr xüsusi tərtib edilmiş meyarlar əsasında qiymətləndiriləcəkdir.