XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib

16.11.2016

Noyabrın 16-da Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Qiymətləndirmə şöbəsi tərəfindən məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib.

Bakı şəhəri üzrə 3 mərkəzdə təşkil olunan imtahan 1 saat davam edib.

İmtahan Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə isə 18 nömrəli tam orta məktəbdə təşkil olunub.

İmtahanda 800 nəfərdən artıq müəllim iştirak edib. İmtahanın nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.