XƏBƏRLƏR

Böyük Britaniyanın Edinburq Kollecində bir həftəlik intensiv təlim proqramı

07.03.2018

British Council – Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə 32 nəfər ingilis dili müəllimi hazırda Böyük Britaniyanın Edinburq Kollecində bir həftəlik intensiv təlim proqramına cəlb edilmişdir. Bu müəllimlər Azərbaycanın 4 regionunun (Bakı, Gəncə, Sumqayıt, Lənkəran) 8 məktəbində açılmış ingilis dili klublarında şagirdlərin ingilis dilində danışıq bacarıqlarının inkişafına dəstək verəcəkdir. Qeyd edək ki, Şotlandiyaya səfər ərəfəsində eyni müəllim qrupu Bakıda da 1 həftəlik hazırlıq təlimi keçmişdir.

Təlim zamanı çəkilmiş şəkilləri sizə təqdim edirik.