XƏBƏRLƏR

Müəllimlərimiz beynəlxalq konfransda iştirak edib

15.11.2016

Fransanın Strasburq şəhərində noyabrın 14-15-də Avropa Şurasının Şərq tərəfdaşlığı ölkələrinin məktəblərində demokratik mədəniyyətin dəstəklənməsi mövzusunda təşkil edilən konfrans keçirilib. Konfransda ölkəmizi  Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi Vəfa Yaqublunun başçılığı ilə 10 nəfərlik nümayəndə heyəti təmsil edib.

Konfrans zamanı müxtəlif ölkələrdən olan təhsil işçiləri təhsil qarşısında duran müasir çağırışları, məktəbdə demokratiya mədəniyyətinin formalaşdırılması yollarını, demokratik kompetensiyaları müzakirə edib və öz ölkələrinin təcrübələrini bölüşüblər.

Qeyd edək ki, nümayəndə heyətimizin tərkibində 4 nəfər yeni təyinat almış məktəb direktoru iştirak edib.