XƏBƏRLƏR

"Peşəyə giriş" seminarları davam edir

04.11.2016

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və "Təhsildə İnnovativ Texnologiyalar" əlavə təhsil mərkəzinin birgə həyata keçirdiyi yeni işə qəbul olmuş ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan "Peşəyə giriş" adlı seminarlar silsiləsi davam edir. Dünən 3 və 4-cü qrupların seminarları başlayıb. Bugünə qədər 80 nəfər yeni işə qəbul olunmuş ibtidai sinif müəllimi seminarlarda iştirak edib. Növbəti həftə 5 və 6-cı qrupların seminarları olacaq. 

Hazırda davam edən 3 və 4-cü qrup seminarlarında ibtidai sinif müəllimlərinə 3 gün ərzində "İbtidai təhsilin missiyası və xüsusiyyətləri", "Məzmun standartlarının şərhi”, “Dərs icmallarının hazırlanması", "Uşaq psixologiyası”, “Uşaqla ünsiyyət və əməkdaşlıq qurmağın konstruktiv yolları", "Sinifdə öyrədici mühitin yaradılması”, “Şagird tədqiqatının təşkili" mövzularında praktik məşğələlər keçiriləcək.

12 akademik saatı əhatə edən seminar məşğələləri noyabrın 3-ü, 4-ü və 7-si tarixlərində hər gün saat 14:00-18:00-dək təşkil olunacaq.