XƏBƏRLƏR

"Refleksiv müəllim" seminarı

03.11.2017

Noyabrın 2-də Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə "Refleksiv müəllim" seminarında "Poeziyanın tədrisi metodikası" mövzusu müzakirə edildi. Müasir şagirdlərin emosional intellektinin inkişafında poeziyanın əhəmiyyəti vurğulandı. Poeziyanın tədrisində istifadəsi tövsiyə edilən təlim üsulları (ikihissəli gündəlik, mətnin kartoqrafiyası, anonim şeir, "yox olmuş epitetlər" və s.) müəllimlərdə xüsusi maraq doğurdu.