XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarında öyrədici təlimlər davam edir

01.08.2017

Məktəbəhazırlıq qruplarında öyrədici təlimlər davam edir.

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun keçirdiyi "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" mövzusunda ixtisasartırma təlimləri Ağcabədi, Göyçay, Yevlax, Siyəzən, İmişli, Balakən, Samux, Gəncə, Ağstafa, Tərtər, Şəki, Qəbələ, Neftçala, Cəlilabad, Şamaxı rayonlarında davam edir. Təlim proqramı ümumilikdə 36 saatdan ibarətdir. Müdavimlər təlim proqramının nəticəsi olaraq aşağıdakı istiqamətlər üzrə bilik və bacarıqlara yiyələnmiş olacaqlar:

"Məktəbəhazırlığın məqsəd və vəzifələri";

"İnkişaf və təlim standartları";

"5 yaşlı uşağın fiziologiyası, psixoloji xüsusiyyətləri, öyrənmə formaları";

"Uşağın inkişafında oyunların rolu";

"Ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları";

"Perspektiv və cari planlaşdırma" və s.