XƏBƏRLƏR

Bəşəriyyət üçün təhsilin transformasiyası 2017 - YUNESKO konfransı

25.07.2017

Əziz ASPnet Koordinatorları,

Sizi YUNESKO-nun Mahatma Qandi adına Sülh və Dayanıqlı İnkişaf naminə Təhsil İnstitutunun təşkil etdiyi, Hindistanın İnsan Resurslarının İnkişafı Nazirliyinin və Andra Pradeş ştatının höküməti tərəfindən dəstəklənən Bəşəriyyət üçün təhsilin transformasiyası 2017 (BTT-2017) adlı beynəlxalq konfrans barədə məlumatlandırmaq istəyirik.

Konfrans 16-18 dekabr 2017-ci il tarixlərində Hindistanın Vasakhapatnam şəhərində yerləşən Novotel Varun çimərliyində keçirələcək. Dinc və dayanıqlı cəmiyyət yaratmaq üçün rəqəmsal pedaqogika mövzusu ətrafında müzakirələr aparılacaqdır. Konfransa dünyanın hər yerindən 1200 nümayəndə qatılacaqdır. Konfransın işlək dili ingilis dilidir.

 İştirakçılar səyahətlərini öz büdcələri hesabına qarşılamalıdırlar. ASPnet iştirakçıları, xüsusilə də inkişaf etməkdə olan dövlətlərin vətəndaşları konfransda iştirak üçün maddi yardıma ehtiyac duyarlarsa, qeydiyyatdan keçərkən bu barədə tech@unesco.org ünvanına məktub göndərə bilərlər. Konfrans və müraciət prosesi ilə bağlı bütün suallarınızı tech@unesco.org ünvanına göndərməyiniz xahiş olunur.

Qeydiyyat üçün son müraciət tarixi -15 avqust 2017-ci il.