XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərə faydalı məlumatlar #1

28.09.2016

5 yaşlı uşaq müstəqil olaraq aşağıdakıları bacarmalıdır :

- sərbəst soyunub-geyinir (düymələri, yapışqan ilgəkləri bağlamağı bacarmaqla); - ayaqqabı bağlarına düyün vurur; - - tualetdən müstəqil istifadə edir; - əllərini sərbəst yuyur; - ağız və burnunu dəsmalla silir; - zibil qutularından istifadə qaydalarını bilir; - sağ və solu fərqləndirir; - 10 həddində sadə riyazi əməliyyatları (toplama və çıxma) yerinə yetirmək üçün barmaqlarından istifadə edir; - ev ünvanını bilir; - valideynlərinin adını bilir; - öz yaşını bilir; - mağazadan xırda əşyaları sərbəst alır; - kağız pulları və qəpikləri tanıyır; - “mülkiyyət” anlayışının mənasını bilir; - su kranını açıb-bağlayır; - stəkana maye tökür; - təhlükəli əşyalar, elektrik cihazları, bıçaq, çəngəl, qayçı, yuyucu vasitələrdən istifadə qaydalarını bilir; - özünə buterbrod hazırlayır; - zərurət qarşısında şəxsi mənafeyindən əl çəkməyi bacarır; - münaqişəli vəziyyətlərdən çıxış yolu tapır; - tənqidi qəbul edir; - tək qala bilir, sərbəst yuxuya gedir və bütün gecəni oyanmadan yatır; - maneə və çətnliklərə baxmadan biliklərin əldə edilməsində iradə nümayiş etdirir.

Mənbə : Folker Ssenenin “Uşaqlar nəyi bilməlidir” kitabı.