XƏBƏRLƏR

Tətil başladı - öyrənmək isə davam edir!

05.07.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda  bu günün və sabahın müəllimləri üçün təşkil olunan Yay məktəbi davam edir.

Müəllimlərimiz qeyri-formal təhsil vasitəsilə  peşə səriştələrini artırırlar.

Yay məktəbində müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv uşaqlarla işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, dərsin planlaşdırılması, sinfin idarəedilməsi və s. mövzularda  nəzəri və praktik  biliklər qazanırlar. Moderatorlar Yay məktəbinin əyləncəli keçməsi üçün var gücü ilə çalışırlar. Bunu şəkillərimizdən hiss edə bilərsiniz.

FOTO