XƏBƏRLƏR

"Peşəkar ol" proqramının bağlanış tədbiri keçirilmişdir.

14.06.2017

İyun ayının 14-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda da "Son zəng" oldu. Bu son zəng 3 ay ərzində mütəmadi olaraq TİPİİ-nin seminar və ustad dərslərində iştirak etmiş  pedaqoji ali məktəblərin bir qrup  bakalavr və magistrları - “Peşəkar ol” proqramının müdavimləri üçün oldu. Proqram çərçivəsində tələbələr "Müasir təhsilin fəlsəfəsi", “Fənn kurikulumlarının xüsusiyyətləri”, “Hiperaktiv uşaqlarla işin təşkili metodikası”, “İKT-nin təhsilə tətbiqi”, “Sinfin idarəedilməsi”, “Media savadlılığının əsasları” və s. mövzularda seminar və ustad dərslərdə  iştirak ediblər.

Bağlanış mərasimində  iştirakçılar onlara təklif edilən refleksiya tipli sual və tapşırıqlara cavab verərək  sertifikat qazandılar.

Layihənin ilk müdavimlərini ürəkdən təbrik edir, onlara peşəkarlığa gedən yolda inadkarlıq və dözüm arzulayırıq!

FOTO