XƏBƏRLƏR

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

13.06.2017

Təhsil Nazirliyi “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.  

Sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

İctimai müzakirədə iştirak etmək istəyənlər “Məktəbəqədər təhsilin kurikulumu” sənədi ilə BURADAN tanış ola bilərlər.

Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür.

Təhsil İşçilərinin Peşəkar İnkisaşı İnstitutu “Məktəbəqədər təhsilin kurikulumu” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.