XƏBƏRLƏR

Təlimə seçilən iştirakçıların tam siyahısı

09.06.2017

Hörmətli müəllimlər,

"İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi" seminarlarına göstərdiyiniz maraq üçün sizə təşəkkür edirik. Yerlər məhdud olduğundan ən yaxşı namizədlər sırasından da seçim etməli olduq. 

Müsahibədən uğurla keçmiş və təlimlərə seçilmiş müəllimlərin tam siyahısı ilə BURADAN tanış ola bilərsiniz.

Əgər siz müsahibəyə dəvət olunmamısınızsa,  səbəb aşağıdakılardan biridir:
- telefon zənginə cavab verməmisiniz;
- telefon nömrənizi səhv qeyd etmisiniz və ya qeyd etməmisiniz;
- ibtidai sinif müəllimi işləmirsiniz;
- müqavilə ilə işləyirsiniz.

Müsahibədən keçmiş müəllimləri təbrik edir və onlara məhsuldar öyrənmə fəaliyyəti arzu edirik! 
Seminarın keçirilmə yeri barədə sizə əlavə məlumat veriləcəkdir.