XƏBƏRLƏR

Növbəti "Oynayaraq öyrənək" layihəsi keçirilmişdir

26.05.2017

"Oynayaraq öyrənək" layihəsi çərçivəsində 26 may tarixində Binəqədi rayonu Mir Cəlal parkında didaktik oyunlar keçirilmişdir. Didaktik oyunlarda moderatorluq ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tərəfindən edilmişdir. Qeyd edək ki, tələbələr layihənin birinci fazasında TİPİİ-nin əməkdaşları Elnarə Cavadova və Fəxri Məmmədli tərəfindən hazırlanmış “Didaktik oyunlar. Nəzəriyyə və təcrübə” mövzusunda seminarlarda iştirak etmiş, müvafiq bilik və bacarıqlar qazanmışlar. Tələbələrin keçirdiyi didaktik oyunlar uşaqlar tərəfindən maraqla qarşılanmışdır.

Hazırda layihə rəhbərləri məktəbəhazırlıq qruplarında istifadə üçün yararlı olan “Didaktik oyunlar kataloqu”nun üzərində təkmilləşmə işləri aparır.

“Oynayaraq öyrənək” layihəsi Bakı şəhərinin parklarında və qapalı təhsil müəssisələrində davam edəcəkdir.
Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələrini ilk sosial layihədə iştirak etmələri münasibəti ilə təbrik edirik!

FOTO