XƏBƏRLƏR

"Oynayaraq öyrənək" layihəsi davam edir

23.05.2017

"Oynayaraq öyrənək" layihəsi 23 may tarixində Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəb və N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində davam etmişdir. Bu məktəblərin məktəbəhazırlıq qruplarında oxuyan uşaqlar əyləncəli didaktik oyunlarda həvəslə iştirak etmişdir. Həm uşaqlar, həm də moderatorluq edən tələbələr maraqlı vaxt keçirdilər. Valideynlər də psixoloqumuzun dəyərli tövsiyələrinə qulaq asdılar.

Sosial yönümlü təhsil layihəmiz davam edir!

FOTO