XƏBƏRLƏR

Xəzər Universitetinin tələbələri üçün tanıtım tədbiri keçirilmişdir.

17.05.2017

17 may 2017-ci il tarixində Xəzər Universitetinin bir qrup tələbəsi  Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda təhsil səfərində olub. Səfərin məqsədi  pedaqoji fakultələrin tələbələrini institutun fəaliyyəti ilə yaxından tanış etmək və birgə fəaliyyət imkanlarını müzakirə etmək idi. TİPİİ-nin  direktoru V. Yaqublu  öz təqdimatında təhsilin inkişafına təsir edən amillərdən, ixtisasatırma təhsilinə verilən müasir tələblərdən, son dövrlərdə   institutda  həyata keçirilmiş layihələrdən danışmış və tələbələrin suallarını cavablandırmışdır.

Qeyd edək ki, 5 apreldə ADA Universitetinin tələbələri üçün Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və onun fəaliyyəti barədə mühazirə oxunmuşdur.

Müəllim hazırlığı ilə məşğul olan bütün ali məktəbləri bu təşəbbüsə qoşulmağa dəvət edirik.

FOTO