XƏBƏRLƏR

"Məktəb idarəçiliyi proqramı" adlı təlim kursu davam edir.

08.05.2017

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşəbbüsü və UNİCEF Azərbaycanın dəstəyi ilə Sinqapurun Milli Təhsil İnstitutu (Singapore National İnstitute of Education) 8-12 may 2017-ci il tarixlərində Bakı şəhərində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda “Məktəb idarəçiliyi proqramı” (School Leadership Programme) adlı təlim kursu keçirilir.  

Sinqapurun Milli Təhsil İnstitutu məktəb rəhbərlərinin və müəllimlərin hazırlığı, ixtisasartırma fəaliyyətinin inkişafı ilə məşğul olan təhsil qurumudur. Təhsildə geniş tədqiqat fəaliyyəti ilə məşğul olan bu qurum, Sinqapurun regional təhsil mərkəzinə çevrilməsində əhəmiyyətli dərəcədə rol oynamışdır. İnstitut əməkdaşlarının 83%-i doktor, 15%-i magistr, 2%-i isə bakalavr ali təhsil dərəcəsinə malik mütəxəssislərdir. O, öz fəaliyyətini peşəkar olaraq əlindən gələni etmək, insanyönümlü və kollegial olmaq, dəyişikliyə açıq olmaq və s. kimi inkişafyönümlü prinsiplər üzərində qurmuşdur. Milli Təhsil İnstitutunun fəaliyyətinin nəticələrindən biridir ki, Sinqapur 2015-ci ildə keçirilmiş PİSA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) tədqiqatında dünya üzrə ilk pilləni tutmuşdur.

Azərbaycan Respublikasının Təhsil İnstitutu müxtəlif beynəlxalq qurumlar və təşkilatlar ilə əlaqə qurur və bu tipli tədbirlərin mütəmadi olaraq keçirilməsini nəzərdə tutur. 

FOTO