XƏBƏRLƏR

"İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi" mövzusunda seminar başa çatmışdır

05.05.2017

Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi olan "Şərq tərəfdaşlığı ölkələrində demoktarik vətəndaşlıq və insan hüquqları təhsilinin dəstəklənməsi" layihəsinin növbəti fazası Azərbaycanda başa çatmışdır. Layihə çərçivəsində "İbtidai siniflərdə demokratik vətəndaşlıq və insan hüquqlarının tədrisi" mövzusunda 8 günlük seminarda 30 nəfər müəllim iştirak etmişdir. Seminarları Avropa Şurasının təhsil ekspertləri Olena Stislavska, Polina Verbirska və Majena Rafalska aparmışdır. Yanvar - may aylarını əhatə edən təlim dövründə "Kompasito" vəsaitindəki dərs icmalları TİPİİ-nin əməkdaşları tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş və İnstitutun saytında yerləşdirilmişdir. Həmin dərs icmallarından Həyat bilgisi dərslərində istifadə etmək faydalı olar.

5 may tarixində keçirilmiş bağlanış mərasimində Avropa Şurasının Bakıdakı ofisinin direktor müavini cənab Joel Merme müdavimləri təbrik etmiş və onlara kursu bitirmək barədə sertifikat təqdim etmişdir.