XƏBƏRLƏR

Təlimçilər üçün "Ustad dərs"ə yekun vurulmuşdur

08.05.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılması üzrə təlimçi hazırlıq proqramına əsasən təşkil olunan ilk ödənişli "Ustad dərs"ə yekun vurulmuşdur. "Ustad dərs" 1-6 may tarixlərində TİPİİ-nin mütəxəssisləri tərəfindən aparılmışdır. Təlimlərdə Respublikanın 20 bölgəsindən 28 təlimçi iştirak etmişdir.

"Ustad dərs"i uğurla başa vuran təlimçilər 6 may tarixində yekun qiymətləndirmədə iştirak etdilər. Qiymətləndirmənin nəticələrinə əsasən təlimçilərə TİPİİ adından təlimçi sertifikatı veriləcəkdir.

FOTO