XƏBƏRLƏR

Müəllimlər üçün məktəbəhazırlıq təlim kursu başladı

01.05.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Təhsil İnstitunun Təhsil Texnologiyaları Mərkəzi ilə birlikdə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün təlim kursuna start verilib. Təlimdə iştirak üçün müraciət edən müəllimlərdən 25 nəfəri 1-6 may tarixlərində keçiriləcək təlimlərdə iştirak etmək haqqı qazanıb.

Təlimdə Bakı ilə yanaşı digər regiondan olan müəllimlər də iştirak edir. Təlim kursunu uğurla başa vuran müdavimlərə sonda hər iki institut adından ixtisasartırma sertifikat veriləcəkdir.

Növbəti təlim kursunda iştirak etmək üçün QEYDİYYATdan keçə bilərsiniz. Ətraflı məlumat üçün +994 55 253 37 36 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

FOTO