FAYDALI MATERİALLAR

Musiqi dərslərinin əhəmiyyəti

02.03.2017

Məktəbdə Musiqi dərslərinin əhəmiyyəti şəksizdir. Gəlin, bu əhəmiyyətin tərkib hissələrini nəzərdən keçirək.

1. Musiqi ilə məşğul olmaq  uşaqda iradə və intizam tərbiyə edir: axı  çalğı alətində daim,  sistematik və fasiləsiz – qış-yay, iş və istirahət günlərinə baxmadan - çalmaq lazımdır. Lap elə çempion idmançılar məşq etdiyi kimi. Amma idmançılardan fərqli olaraq burada əl-ayaq sındırmar təhlükəsi yoxdur. Beləliklə, musiqi – tarvma riski olmadan iradə tərbiyəsidir.

2. Musiqi ilə məşğul olan uşağın riyazi təfəkkürü sürətli inkişaf edir.  Lazım olan klavişanı axtaran uşaqda məkan təfəkkürü formalaşır, abstrakt səs simvolları ilə manipulayasiya edir, anlayır ki, musiqi əsərində də riyazi ifadədəki kimi hər şey öz yerində olmalıdır – nə əskik, nə də artıq! Təsadüfi deyil ki, Albert Eynşteyn skripkada çalırdı, Oksford Universitetinin musiqi klubu üzvlərinin 70% -ni isə universitetin riyaziyyat və fizika professorları təşkil edir. Onların sözlərinə görə musiqi ilə məşğul olmaq alimlərə beyinlərini strukturlaşdırmaqda kömək edir.

4. Мusiqi və dil - əkiz qardaşdırlar. Əvvəl böyük qardaş – musiqi, sonra isə dil doğulub. Onlar beynimizdə birgə yaşayırlar. İfadə və cümlələr, vergüllər və nöqtələr, suallar və nidalar musiqidə də, nitqimizdə də vardır. Musiqi alətlərində çalan və oxuyanlar daha yaxşı danışır və yazır, xarici dilləri daha tez öyrənir, qrammatikanı daha yaxşı mənimsəyirlər.

5. Мusiqi strukturlaşmış və iyerarxik quruluşa malikdir: iri əsərlər hissələrdən ibarətdir, bu hissələr də fraqmentlərə və motivlərə bölünür. Alimlər deyir ki, musiqi iyerarxiyasını anlamaq kompüteri anlamağa yardım edir. Deyirlər ki, “Microsoft” musiqi təhsilli əməkdaşlara üstünlük verir.  

6. Мusiqi təhsili ünsiyyət vərdişləri formalaşdırır. Müxtəlif tonallıqlı əsərlərlə tanış olan uşaqda hisslər tərbiyə olunur. Öz ifası ilə rəngarəng hissləri təsvir edən uşaq həmin hissləri anlamağı da öyrənir. Emosional intellekti yaxşı inkişaf etmiş uşaq isə ünsiyyət və əməkdaşlıq qurmaqda çətinlik çəkmir.

7. Мusiqiçilər eyni zamanda həlim və mərd olurlar.  Psixoloqlar deyir ki, musiqi ilə məşğul olan kişilər həlim, qadınlar isə mərd və dözümlü olur. Doğrudan da musiqi xasiyyəti yumsaldır, amma uğurlu musiqiçi olmaq üçün dözümlü olmaq vacibdir.

8. Musiqi ilə məşğul olmaq işə cəld qoşulmağa kömək edir. Мusiqiçilər “son müraciət vaxtı” ifadəsindən qorxmurlar, çünki onlar bu günün işini sabaha qoymağa öyrəşməyiblər. Hər işi səbirlə vaxtlı-vaxtında yerinə yetirmək onlarda adi vərdişdir. Belə təcrübəsi olan uşaq heç zaman imtahan, müsahibə, çıxış  qabağı stresə düşmür.

9. Мusiqi məşğələləri “balaca Sezarlar” tərbiyə edir: onlar eyni zamanda bir neçə iş yerinə yetirməyi öyrənirlər. Мusiqi eyni vaxtda baş verən müxtəlif proseslərə nəzarət etməyi,  bir neçə istiqamətdə fikirləşməyi və yaşamağı öyrədir.

Əziz müəllimlər, mötəbər mənbələrdən yığdığımız bu məlumatlarla tanış olduqdan sonra sizin Musiqi dərslərinə münasibətinizin dəyişəcəyinə inanırıq.