FAYDALI MATERİALLAR

İlin yekun sorğusu: fəaliyyətinizi təhlil edin

30.12.2016

2016-cı ilin sonuna gəldik. Hər bir işin, layihənin sonunda olduğu kimi ilin sonunda da gördüyümüz və görmədiyimiz işlərin hesabatını vermək vaxtıdır. İlin sonu bir anlıq özümüzə qayıdıb fəaliyyətimizi analiz etmək üçün ən uyğun vaxtdır. TİPİİ olaraq Sizə ili təhlil etmək üçün suallar təqdim edirik. Bu sorğunu özünüzlə, həmkarlarınızla, şagirdlərinizlə keçirə bilərsiniz. 

Yeni ildə Sizə bol-bol uğurlar və daha məhsuldar fəaliyyət arzulayırıq.

Ötən ilin təhlili üçün suallar

  • 2016-cı ili mən necə planlaşdırmışdım?
  • Bir il əvvəl qarşıma qoyduğum məqsədlərə nail oldummu??
  • Mən kimin ssenarisi üzrə yaşayırdım – özümün yoxsa başqalarının?
  • Ötən il mənə nə öyrətdi?
  • Ötən il mənim istedadımı üzə çıxartdımı?
  • Ötən ildə hansı nailiyyətim mənim üçün daha vacibdir? Nə üçün?
  • Ötən il hansı işlərim alınmadı? Uğursuzluqdan hansı nəticələri çıxartdım?

Ötən ili mən necə xatırlayacağam?

  • 2016-cı ilin devizi
  • Ən vacib hadisə
  • Ən böyük sevinc
  • Vacib kəşf
  • Faydalı həyat dərsi
  • Ən böyük uğursuzluq
  • İlin layihəsi
  • İlin sürprizi
  • Dadına baxdığım yeni xörək və ya içki
  • Baxdığım ən maraqlı film
  • Oxuduğum ən maraqlı kitab
  • Bu il həyatımda iz qoymuş əsas insanlar